SAVE THIS NETWORK seçimini mütləq işarələyin, əks halda bir dəfə istifadədən sonra qurduğunuz Wi-Fi şəbəkəniz silinəcək və hər dəfə yenisini qurmaq məcburiyyətində qalacaqsınız!
Bu iki ardıcıllığı göstərdiyim kimi qurduqdan sonra DİAL-UP bağlantınızın olduğu yerə gedin komputerinizdə! Bunu bilməyənlər aşağıdakı şəkillərdəki ardıcıllığı izləsin! Və həmin DİAL-UP bağlantının üzərinə mouse-un sağ düyməsilə klikləyin və mülkiyyətlər (properties) panelinə girin! Və SHARİNG bölməsinə gəlin, orada işarədiyim yeri siz də işarələyin! Və şəkildə altından xətt çəkdiyim yerdə də sizdə ilk dəfə seçim olacaq və ora da WIRELESS NETWORK CONNECTION seçin! Bunlar interneti Wi-Fi üzərində paylaşmaq üçün Mütləqdir!
Bu dediklərimi etdikdən sonra HƏR ŞEY hazırdır demək ki!
Və komputerinizdən dial-up bağlantınız vasitəsilə həmişə qoşulduğunuz qaydada internetə qoşulun! Internetə girdikdən sonra Wi-Fi-yı da qoşun! Necə qoşacağınızı bilmirsinizsə ŞƏBƏKƏ BAĞLANTILARInız olan yerə gedin, və orada WIRELESS NETWORK CONNECTION olacaq, onun üzərinə klikləyin! Və beləcə hər dəfə Wi-Fi-dən istifadə edərkən bu qaydada qoşulacaqsınız!
Və bu yuxarıda son qeyd etdiyim 2 addımla siz komputerinizdən internetə qoşulmuş və interneti Wi-Fi üzərindən paylaşılmağa hazır etmiş vəziyyətdəsiniz! Sizə bircə qalır son addım – iphone-nuzda Wi-Fi-yi açmaq və komputerinizdə paylaşdığınız Wi-Fi ŞƏBƏKƏyə qoşulmaq! Bunun üçün də aşağıdakı şəkillərdəki ardıcıllığı izləyin!
iPhone və ya iPodlarınızdan əsas menyudan SETTİNGə giriniphone1iphone2
iphone3 iphone4
Və son olaraq telefonunuzda Wi-Fi-ya qoşularkən DNS və ROUTERin qarşısında İP nömrələri olduğundan əmin olun! Əgər bu ikisi olmazsa deməli siz internetdə istifadə edə bilməyəcəksiniz amma fayl transferi edə bilərsiniz sadəcə!
Bu halda təkrar olaraq Wi-Fi-yı bağlayın və yenidən açın, bir neçə cəhddə baş tutacaq! Bu problem sadəcə ilk dəfə qoşularkən yaşana bilir! Daha sonra avtomatik olaraq qoşulacaqsınız! Qoşulduqdan sonra HOME BUTTON ilə əsas menyuya qayıdın. Və artıq siz Wi-Fi şəbəkənizə qoşulmusunuz və internetin keyfini çıxara bilərsiniz!
iphonesafariblog
Istər SAFARİ ilə istədiyiniz saytlara girin (İlk olaraq blogumuza baş çəkib şərh bildirməyi UNUTMAYİN! :)), istərsə də YOUTUBE, MAPS, MAİL xidmətlərindən istifadə edə bilərsiniz!
VƏƏƏƏƏ beləcə iphone-nuzdan Wi-Fi sayəsində internetə girin, istediyiniz saytlara baxın, emaillərinizə baxin, youtube-a girin və ƏN ƏSASİ DA KONTURUNUZ GETMƏYƏCƏK bu hallarda! Çünki komputerinizin internetindən istifadə edirsinizJ
QEYD: AZERCELL və NARMOBİLE istifadəçiləri Wi-Fi-dan istifadə edərək internetə qoşularkən yaxşı olar ki OFFLİNE modda Wi-Fi ilə qoşulsunlar! Çünki BAKCELLdən fərqli olaraq bu iki operatorun nomrəsini telefonda olarkən Wi-Fi ilə internet sürəti zəifləyəndə bəzən KONTURDAN İSTİFADE EDİR! Ona gorə də OFFLİNE etməyinizdə fayda var
Hər hansı bir problem yaşayanlar yazsınlar kömək edəcəm!