Caht
Bizim sorğumuz
Rate my site
Cavabların ümumi miqdarı: 10
Statistika
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Faydalı Məlumatlar bazası » Xaker » Xakerlər haqqında » Xakerlik haqqında hər şey.
Xakerlik haqqında hər şey.
PcmasterTarix: Thursday, 2010-08-12, 7:54 AM | Mesaj # 1
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline
Anonimliyin qorunması internet istifadəçilərini daha çox cəlb edir. Bu aləmin də ozunəməxsus dələduzları var.Bu dələduzlarsa, hamımızin adlarını eşitdiyi xakerlərdir. İlk xakerlər 1960-ci illərdə ABŞ-da yaranmışlar.Erkən vaxtlarda onlar yalnız telefon xətlərini qarışdırır, telefon şəbəkələrini çökdürürdülər. MİT ( Massachuets İnstitute of Technology) universitetində komputerler işləməyə başlayanda bir neçə tələbə bu nəhəng maşınlarin necə işlədiyini, iş prinsiplərini öyrənməyə başladılar. İlkin kompüterləri o vaxtın müəlliləri belə işlətməyə çətinlik çəkirdilər.Buna görə də həmin ağıllı tələbələr hack adlandırdıqları qısayol düymələr fikirləşib tapdılar.1969-cu ildə isə 2 tələbə - Denis Ritchie və Ken Thompson o vaxt üçün bu qısayol düymələrin ən yaxşısını - UNİX-i tapdılar. Məhz bu yolla xakerliyin əsasi qoyuldu.1984 - cü ildə Lex Luthor adlı xaker Lgion of Doom (LOD) adlı xaker qrupu yaratdı. O zaman üçün bu qrup ən yaxşi xakerlər kimi tanındı. Lakin qrup daxilində Erik və Phiber arasinda munasibətlər kəskinləşdi. Phiberin dostları ayrıca yığılaraq Masters of Deception (MOD) adlı başqa bir qrup yaratdılar. Növbəti iki il ərzində onlar bir-birlərinin kompüterlərini çökdürür, telefon xətlərini qarışdırırdılar.Nəhayət, iki illik virtual muharibənin sonunda Amerika Federal Təhqiqatlar idarəsi işə əl qoydu. Artıq həmin dövrlərdə indi tanıdığımız xakerlər formalaşmağa başladilar. 1988-ci ildə isə Robert Morris adlı xaker ozü yazdığı “Internet Worm” adli xak proqramı ilə 6000 şəbəkəyə bağli kompüter çökdürə bildi. Həmin vaxtlar üçün bu böyuk rəqəm demək idi. 1994-cü ildə rus mafiasının əlinə düşən gənc xaker Vladimir Levin qeyri-leqal yollarla mafianın hesabına 10 milyon dollardan çox pul köçürə bildi. Rəsmi qaynaqlarda isə bu yalnız 2,5 milyon dollar olaraq göstərilirdi.
Xakerliyə yeni başlayanlarsa lamer adlanirlar. Onlar belə demək mümkünsə hələ təhlükəsiz olurlar.Kraker (cracker) adlanan bir digər qrupsa xakerlərin hazırladıqları hazır proqramlardan istifadə edirlər.
 
PcmasterTarix: Thursday, 2010-08-12, 7:55 AM | Mesaj # 2
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline
Əvvəllər virusu elə də pis və qorxulu saymırdılar. Onları başqa cür “alaq otu” və ya “ot” adlandırırdılar. Köhnə kompüterlərdə belə instruksiya var idi: onlar özlərini sonrakı lokasiyanın yaddaşına kopi edir və sonra həmin lokasiyaya daxil olurdular. Əgər belə instruksiya yaddaşın başında edilsə idi, onda yaddaşdakı bütün boş yerlər dolardı. “Virus” termini soprosessoru çağırmaq üçün APL funksiyası ilə əlaqədə meydana çıxdı və gündəlik həyatda cəmiyyət arasında digər məzəli adlarla tamamlandı.Proqramistlər isə istədikləri kimi adlar qoşdular. Sonralar Fred Koxen bunları birləşdirərək bu barədə bilik dairəsi yaratdı. Onun analitik əməyi sayəsində bu termin leqallaşdırıldı və əbədi olaraq “virus” adını aldı. Yalnız, sonra o, başa düşdü ki, bu ad dəhşətli dərəcədə uğursuz oldu. Faktiki olaraq, o insanlarda bu proqramlar haqqında yanlış təsəvvür yaranmasına səbəb oldu.İnsanlar artıq, virus deyəndə, yalnız “pis” anlayış xatırlayırdılar. Koxen bu “canlı proqramlar”ın və “özünüişəsalan avtomat”ların adını dəyişdirmək barədə təklif irəli sürdü. Ancaq artıq gec idi. Çünki “virus” termini təhlükə olaraq yaddaşlara həkk olundu və Koxen artıq heç nə edə bilməzdi. Növbəti açar fiquru bizim “sevimlimiz” Bill Qeyts oldu.
1986-cı ilə qədər viruslar proqramistlərin zərərsiz proqramları idi. Artıq bəzi proqramistlər tərəfindən zərərli kodlar və daığıdıcı təsirə malik proqramlar yazılırdı. Bundan sonra hərbi qüvvələr viruslarla maraqlanmağa başladılar.1987-ci ilin payızında amerikan Universitetlərinin birindən hərbiçilərin təklifinə əsasən əməliyyat disklərini yoluxduran və özünü kopyalayıb digər disklərə yoluxan bir virus yazıb buraxmışdılar. Bu virus gizli saxlanmasına baxmayaraq, Bill Qeyts onu axtarıb tapmışdı. Həmin vaxtlarda o, Apple Macintoshla da rəqabət aparırdı (hələ də aparır). Onun şirkətində çalışan proqramistlər həmin virusu modifikasiya edib, “Scores” yaratmışdılar, hansi ki, Apple kompüterlərinə ziyan vururdu. Qələbə abu-havası ilə Bill Qeyts öz komandası ilə ikinci virus MacMag-ı yaratmışdılar, hansı ki, Apple kompüterlərindəki inisiallaşdırılmış fayllara yoluxur
 
Faydalı Məlumatlar bazası » Xaker » Xakerlər haqqında » Xakerlik haqqında hər şey.
  • Page 1 of 1
  • 1
Search:

Thursday, 2024-03-28, 2:04 PM
Welcome Guest
Axtarış
Sayt dostları
  • Create a free website