Caht
Bizim sorğumuz
Rate my site
Cavabların ümumi miqdarı: 10
Statistika
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Faydalı Məlumatlar bazası » Proqramlaşdırma , veb dünya və məlumatlar bazası » PHP » PHP Proqramı
PHP Proqramı
PcmasterTarix: Wednesday, 2010-08-11, 8:17 AM | Mesaj # 1
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline
PHP əsasən internetlə əlaqəli olan proqramdır və onunla web səhifələri düzəltmək mümkündür. Amma onu da bilmək lazımdır ki PHP digər məqsədlər üçün də işlədilir.
Ümumiyyətlə nəyə görə belə proqramlar yaradılır?
Bu cür kodlaşdırma səbəbi nədir?
Sən kimdənsə nə isə öyrənmək istədiyində ilk əvvəl etdiyin ona sualı vermək və sonra soruşduğun suala uyğun cavabın sənə bildirilməsini gözləməkdir. Eyni sistem ilə də kompüter informasiya sistemi qurulmuşdur.
Yəqin ki SERVER adlı nə isə eşitmişsən. Serverlərdə də eynən insanlar kimi onlara deyilən(yazılan) məlumatlar saxlanır (elə bil dostun Kamilin başıdır) və ona sorğu verəndə o sorğu ilə uyğun məlumatı tapır və sənə cavab verir. Sadəcə olaraq o fikirləşmir, axtarış aparır yəni məlumatı axtarır(uyğun sorğunu, əmri) və məlumatı sənə ötürülməsi üçün bizim kimi danışmır amma müəyyən edilmiş proqram təminatında istifadə edərək cavab verir. Bu proqramlar aşağıdakılardır və hamısının ümumi funksiyası serverlə sifarişçi(yəni sən) arasında əlaqə yaradır.
Internet Explorer və ya hər hansı bir web browser—sən sorğunu burda yazırsan və ünvanlayırsan(kimdən cavab gələcək)
PHP- bu proqram vasitəsi ilə əmr vermək üçün sorğu düyməsi yarada bilirsən və php dilində sorğunu göndərirsən. Buna oxşar dillər(HTML,ASP və.s)
APACHE və ya MYSQL- Bu proqramlar vasitəsi ilə serverlə əlaqə yarada bilirsən və sonra o məlumatı sənə göndərir.
Bu qədər lori dil məncə bəs edər.
Brauzerin serverə müraciət prosesi necə getdiyinə baxaq. Beləliklə, əvvəl brauzer sorğunu .php formasında göndərir və ondan sonra web- server onu PHP maşınından keçirir və HTML formasına çevirib cavabı göndərir sifarişçiyə( yəni sənə) bildirir. Sorğunu PHP dilində vermək üçün, xüsusi teqlər daxilində yazıb göndərmək lazımdır. Onlar 4 növ olur(onlar bir-birlərinə ekvivalentdirlər və hər hansı birini istifadə etmək olar)
XML forması:
<?php
...
?>
SGML forması:
<?
...
?>
HTML forması:
<script language = "php">
...
</script>
ASP forması:
<%
...
%>
Biz bu formalardan əsasən XML və ya SGML formalarından istifadə edəcəyik.

Mən ilk proqramımı belə yazmışam.

Məcburi deyil ki, Dreamweaver-də yazasan əgər proqram yoxdursa adicə Notepad-i aç və yaz.
Dreamweaver-də ctrl+n (File\NEW ) Dynamic page və orada PHP seçin və yaradın (Create).

 
PcmasterTarix: Wednesday, 2010-08-11, 8:19 AM | Mesaj # 2
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline
Yazdığın faylı C:\Program Files\Apache Group\Apache\htdocs –da salam.php formasında yaddaşa ver. (save as).
Artıq bildiyimiz kimi php dinamik dildir. Biz Apache yükləyəndə localhost yazdıq yəni daxildə yerləşdirmə. Daxildə yerləşdirmə 127.0.0.1 ip ilə təyin olunmuşdur. Biz sorğumuzu daxildə sorğu verərək 127.0.0.1 php-də yazdığımız salam faylını axtaracağıq. Yəni Internet Explorer-i açaraq orada ünvan yerində 127.0.0.1\ salam.php yazırsan. İnşallah aşağıdakı nəticə alınacaq. Alınmasa deməli təzədən oxumalısan harada səhv buraxıbsan. : )

Siz artıq php-də ilk proqramınızı yazdınız. Məndə ilk dəfə alınmayandan bəri bu cümlədən zəhləm gedir. : )

İzahlar:
Məndə WindowsXP ingilis dilində olan əməliyyat sistemi yüklənib və ona uyğun izah edəcəm.
Uzun sözün qısası burda mənim yazılarımdan baş çıxartmaq üçün qeydləri yerləşdirirəm.

Proqramı harda yazacaqsan:
Start düyməsinə bas və menyudan Run komandasını seç. Orada notepad yaz və qarşına çıxan proqramda kodları çap edə bilərsən.

Qeyd:
Bundan sonra mən sizə sadəcə olaraq komandaların izahını və <body> .... </body> daxilində gedəcək script-ləri proqram sətirlərini izah edəcəyəm.
Ümumi qeyd:
Bütün funksiyaların sətri bitdikdən sonra ; (nöqtə vergül) qoyulmalıdır. Digər halda ondan sonra gələn yeni funksiyalar qəbul olunmayacaq və nəticədə error(səhv) verəcək. Yazdığım cümlələr əgər çətin izah eləyərsə sadəcə olaraq kodları yaz və bax nə nəticə alınır və başa düşməyə çalış.
Əsasən php NotePad-də yazılır amma sırf PHP-də işləmək üçün proqramlar vardır ki siz kodu yazdığınız zaman sizə hazır formada təkliflər verir.
Demək olar ki əsas məsələlərdən biri. www.php.ru bu sayt sizə müəyyən problemlərlə bağlı kömək edə bilər.
Mən həmişə Nəticəsi yazmayacağam, nəticəni (\\) formada göstərəcəyəm. Çünki PHP də proqram 2 sləşdən sonra gələn sətirdəki yazıları qəbul eləmir və ora kommentari yazmaq mümkündür. Bundan başqa C++ stilində yazmaqda olar ( /*... */). Sləş və ulduz arasında qalan informasiya proqram tərəfindən qəbul olunmayacaqdır və ya Unix dilində sadəcə (#) diyezdən sonra gələnlər qəbul olunmayacaqdır.
<php
echo("<p>Hello</p>"); // kommentari
echo("<p>Hello</p>"); # kommentari

/*
kommentari
*/
?>

Onu da bildirim ki kommentari ancaq PHP daxilində işləyir yəni( <?php ... ?>). Əks təqdirdə onu HTML mətni kimi qəbul edib ekrana verəcək.Məs:

<?php
echo("<p>Hello</p>"); // normal kommentari
?>
// Bu da Php-dən kənarda olan kommentari.
<!—HTML kommentari.
HTML-in kodunda görüləcək amma brauzerdə yox yəni kommentari -->

Kommentarini operatordan sonra və aşağıdakı kimi ayrıca da vermək olar.
<?
$a = "Hello, world";
echo strstr($a,"H");
// Bu funksiyaya daha sonra baxacağıq.
?>

 
PcmasterTarix: Wednesday, 2010-08-11, 8:20 AM | Mesaj # 3
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline
Dəyişənlər

Php-də dəyişənlər ($) işarəsi ilə başlayır. Bu işarədən sonra istənilən sayda hərf və rəqəm yazmaq mümkündür. Amma yadda saxla ki birinci rəqəm yazmaq qəbul olunmur. Həmçinin yadda saxlamaq lazımdır ki PHP-də dəyişənlərin adları həriflərin kiçik və ya böyük olmasından aslı olaraq hissiyyatlıdırlar.
Php də qeyd olunan dəyişənlər proqram ərzində bir neçə tipdə ola bilərlər. Tipləri sonra izah edəcəyəm.
Dəyişənə mənimsədilən məna axıra kimi özünü saxlayır yəni sorğu qurtarana qədər.

 
PcmasterTarix: Wednesday, 2010-08-11, 8:20 AM | Mesaj # 4
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline
Konstantlar(sabit qalan)

Konstantalar proqramda bu funksiya vasitəsi ilə elan olunurlar define():
define(CONSTANT, value)
Bu funksiyanın 1-ci parametri – konstantanın adı, 2-ci– onun mənası. Konstantanın istifadəsi zamanı ona adına uyğun istinad edilir:
<?
define(CONSTANT1,15);
define(CONSTANT2,"\x20"); // aralığın(boşluğun kodu) kodu
define(CONSTANT3,"Hello");
echo(CONSTANT1);
echo(CONSTANT2);
echo(CONSTANT3);
?>
Ənənə olaraq konstanta adını yuxarıdakı registr hərfləri ilə yazırlar. Bu ənənə olmasına baxmayaraq sizə bu üsulla yazmağınızı məsləhət görürəm. Belə bir funksiya mövcuddur defined()(təsdiq olunub), hansı ki konstantanın müəyyən olub olmadığını yoxlayarkən istifadə oluna bilər:
<?
define(CONSTANT,"Hello");
if(defined("CONSTANT"))
{
echo("<p>Konstanta təyin olunub</p>");
}
?>
Yuxarıda gördüyünüz { } işarələrinin qoyulma səbəbi if funksiyasıdır. Yəni əgər(if) konstanta təyin olunubsa(defined) və şərtlə bağlı olan cümlələr { } daxilində gedir o zaman funksiyanı et, yəni göstər(echo) Konstanta təyin olunub. Əlbət də ki siz bu şərtdən əvvəl konstantanı daxil etmişsənsə doğru nəticə göstərəcəkdir.

 
PcmasterTarix: Wednesday, 2010-08-11, 8:21 AM | Mesaj # 5
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline
PHP-də məlumatın tipləri. Tiplərin dəyişdirilməsi.

Əvvəl deyildiyi kimi, PHP-də dəyişənlərin tipləri ilə bağlı özündə müəyyən elastiklik imkanı verir, proqram daxilində bir dəyişənlə həm yazını həmdə rəqəmi işləmək mümkündür. Lakin, buna baxmayaraq PHP-də əsas məlumat tiplərinin komplekti vardır, hansı ki dəyişənlərlə bağlı işlərdə açıqcasına göstərilə bilərlər:

* integer;
* string;
* boolean;
* double;
* array;
* object;

Belə bir funksiya var gettype(), hansı ki PHP dəyişənə təyin etdiyi tipi geri qaytarır(sorğunu geri qaytarmaq):

<?
$var = "5";
$var1 = 5;
echo(gettype($var));
echo "<br>";
echo(gettype($var1));
?>
Birinci halda PHP string geri qaytaracaq, ikinci halda integer.
Həmçinin belə bir funksiyada mövcuddur settype(), hansı ki tipi təyin etməyə imkan verir :
<?
$var = "5";
echo(gettype($var));
settype($var,integer);
echo "<br>";
echo(gettype($var));
?>
Yuxarıda yazdığım kod, bundan əvvəlki kodun nəticəsi ilə eyni olacaq.
settype() funksiyasından başqada PhP də tipləri təyin etmək mümkündür. Belə ki dəyişənin yeni tipi ona mənimsətmək lazımdır. Bunu etmək üçün aşağıdakı formada yazmaq lazımdır.
$var = (int)$var;
Müvafiq olaraq, növbəti kodun yerinə yetirilməsi РНР-nin integer geri qaytarmasına səbəb olur :
<?
$var = "5"; // tip string
$var = (int)$var; // int dəyişdiririk
echo(gettype($var));
?>

 
PcmasterTarix: Wednesday, 2010-08-11, 8:22 AM | Mesaj # 6
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline
Operatorlar

Arifmetik operatorlar
+ toplama
- çıxma
* vurma
/ bölmə
% Qalıq (məsələn : 5 % 2=1)

Əlavə operatorlar
& Və (AND)
| Və ya (OR)
^ (XOR)
~ inkar (NOT)
>> Soldakı ədədi özünün dəhə qədəri mənimsətməklə artırır.
<<

 
PcmasterTarix: Wednesday, 2010-08-11, 8:22 AM | Mesaj # 7
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline
Funksiyalar

echo() (təkrarlamaq, yamsılamaq) –Bu əslində funksiya sayılmır(dilin konstruksiyasıdır) və ona görə də mötərizələr yanında qeyd olunur. Bu komandadan sonra müxtəlif formalara əmrlər vermək olar.

1. Ən sadə forma

<?php
echo "Hello World";
?>

Nəticəsi: Hello World

1.2. Proqram formasında yazılışına baxmayaraq o bir sətrə sözləri toplayır.

<?php
echo "This spans
multiple lines. The newlines will be
output as well";
?>

Nəticəsi: This spans multiple lines. The newlines will be output as well

1.3. Burada əlavə olunan \n boşluq rolunu oynayır. PHP dilinin qrammatikası : )

<?php
echo "This spans\nmultiple lines. The newlines will be\noutput as well.";
?>

Nəticə: This spans multiple lines. The newlines will be output as well.

1.4. Nəticə və script(proqram cümləsi) arasındakı fərqə baxsanız müəyyən simvolların itdiyini görərsən. Dırnağın düşməsi üçün ayrıca şəkildə dırnağın önünə \ (slash-sləş) simvolu artırılıb.

<?php echo "escaping characters is done \"Like this\"." ; ?>

Nəticə:
escaping characters is done "Like this".

1.5 Ehco vasitəsi ilə sən dəyişənlərin mənalarını ekrana verə bilərsən. Cümlələr bir-birinə qatışmasın deyə \n artırdım beləliklə cümlələr arasında boşluq yarandı.

<?php
$z = "Zabil";
$i = "Ibayev";
echo "Menim adim $z dir.";
echo "\n Menim adim $z ve familiyam $i dir.";
echo "\n $z$i."; echo "\n $z $i.";

?>

Nəticə: Menim adim Zabil dir. Menim adim Zabil ve familiyam Ibayev dir. ZabilIbayev.
Zabil Ibayev.
Qeyd: Dəyişənlər ‘ $’ işarəsi ilə qeyd olunurlar. x yazsan adicə hərf, $x yazsan ona bərabər olan məna başa düşüləcək. $x=10, $z=Zabil, $i=Zabil IBAYEV.

1.6. echo qoşa “”dırnaqlardan əlavə tək ‘’ dırnaqlarla da işləyir. Tək dırnaqlar hər hansı bir string-in(yazının) şəkil formasında təsviridir. Yəni $x -in dəyişən olduğunu anlamır.
<?php
$x='ibayev';
echo'zabil $x';
echo "\n",'zabil',"\n",$x;
?>
Nəticə: zabil $x zabil ibayev
Print ( ) (çapa vermək) – funksiya sayılmır(dilin konstruksiyasıdır) və ona görə də mötərizələr yanında qeyd olunur. Bu komandadan sonra müxtəlif formalara əmrlər vermək olar.
Ümumi qeyd: Bütün funksiyaların sətri bitdikdən sonra ; (nüqtə vergül) qoyulmalıdır. Digər halda ondan sonra gələn yeni funksiyanın işləməyəcək və nəticədə error(səhv) verəcək.

Burda diqqətli ol. Bu funksiya echo ilə oxşar olsa da onunla eyni formada yazılmır. Ümumilikdə aşağıda göstərdiklərimi səndə yoxla.

1.
print("Hello World"); \\ Hello World

2.
$z="Zabil";
print $z; \\ Zabil

3.
print "eynen echodaki kimi dirnaqlar slash isharesi ile gorunur \" Ibayev Zabil\".";
\\ eynen echodaki kimi dirnaqlar slash isharesi ile gorunur " Ibayev Zabil".

4.
$i="Ibayev";
print "Zabil $i"; \\ Zabil Ibayev

5. Maraqlı bir forma <<<END................................... END; arasında qalan cümlələr ekrana verilə bilir

print <<<END
Men bilmirem niye ama bele yazmaq olur :)Men bilmirem niye ama bele yazmaq olur smile
Men bilmirem niye ama bele yazmaq olur :)Men bilmirem niye ama bele yazmaq olur smile
Men bilmirem niye ama bele yazmaq olur :)Men bilmirem niye ama bele yazmaq olur smile
END;

\\ Men bilmirem niye ama bele yazmaq olur :)Men bilmirem niye ama bele yazmaq olur smile Men bilmirem niye ama bele yazmaq olur :)Men bilmirem niye ama bele yazmaq olur smile Men bilmirem niye ama bele yazmaq olur :)Men bilmirem niye ama bele yazmaq olur :)

 
Faydalı Məlumatlar bazası » Proqramlaşdırma , veb dünya və məlumatlar bazası » PHP » PHP Proqramı
  • Page 1 of 1
  • 1
Search:

Friday, 2024-04-19, 2:33 AM
Welcome Guest
Axtarış
Sayt dostları
  • Create a free website