Caht
Bizim sorğumuz
Rate my site
Cavabların ümumi miqdarı: 10
Statistika
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Faydalı Məlumatlar bazası » C+ » C-də şərt operatoru və dövrlər » C-də şərt operatoru və dövrlər
C-də şərt operatoru və dövrlər
PcmasterTarix: Wednesday, 2010-08-11, 2:24 PM | Mesaj # 1
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline
Bu gün C-də if, for, while və do-while haqqında yazacam.
Başqa proqramlaşdırma dillərində olduğu kimi C-də də if operatoru, şərt operatoru kimi istifadə olunur. Ümumi forması

if ( )
{
; //ingiliscə statement ,azərbaycanca fikir bəyanat deməkdir
}
else
{
;
}

Məsələn:

#include <stdio.h>
int main()
{
char simvol;
simvol=getchar();/*getchar() bir simvolu oxumaq ucun istifade edilir.*/
if (simvol='a')
printf("Siz a herfin yazdiz \n"); /*eger statement bir emirden ibaretdirse, onda {} blokundan istifade etmemek olar */
else
printf("Siz basqa herf yazdiz \n");
return 0;
}

if operatoru necə işləyir. if açar sözündən sonra mötərizə içərisində biz şərt qoyuruq, əgər şərt doğru olarsa, onda if bloquna məxsus kodlar həyata keçiririlr, əgər yanlış olarsa, onda ifdən sonrakı (yuxarıdakı misalda else bloqundakı) kodlar yerinə yetirilir.
İf operatorunda birdən çox ifadə (şərt ) qoymaq olar. Məsələn:

if (simvol='a' || simvol='A')
printf ("Siz klavyaturadan a herfin daxil etdiniz \n");

Operatorlar bölməsinəd dediyim məntiqi operatorları, şərtdə istifadə etmək olar. Bu halda mən və ya (||) operatorundan istifadə etdim.

 
PcmasterTarix: Wednesday, 2010-08-11, 2:24 PM | Mesaj # 2
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline
if ()
{
...
}
else if ()
{
...
}
else
{
...
}

else if isə bu şəkildə istifadə olunur. Yəni birinci şərt doğru deyilsə, əks halda ikinci şərti yoxlanılır. Bu doğrudursa, bu şərtə məxsus bəyanatlar yerinə yetirilir. Doğru deyilsə onda else bloquna məxsus bəyanatlar yerinə yetirilir.
Proqramlaşdırmada çox vaxt bizim müəyyən dövrdən istifadə etməyimizə ehtiyac yaranır. Əslində dövrdə də şərt qoyursan və burda fərq bir hadisəni birdəfədən çox edirsən. C dilində 3 dövr operatoru var. for, while və do-while dövrləri.
for dövr operatorunun istifadəsi bizə bəlli olan sayda (fiksə olunmuş) dövr olduqda məsləhətdir.Cümlə biraz çətin oldu.Qoy misalda izah edək asan olsun.

#include <stdio.h>
main()
{
int i;
printf("1-den 100-e kimi ededler \n");
for (i=1;i<=100;i++)
printf ("%d\n",i);
}

Hə,burda göründüyü kimi bilirik neçədə başlayıb neçədə qurtaracayıq.Yəni birininci i dəyişəninə 1 mənimsədirik, sonra hər dəfə yoxluyuruq, əgər 100-dən kiçik bərabərdirsə,onda for içindəkilər yerinə yetirilir.100-dən böyük olsa, onda fordan sonrakı əmrlər yerinə yetiriləcək.(indi ki halda proqram sona çatacaq).Ümumi şəkli

for (;;)
{}

Yadıma nə düşdü, dövr operatorunda hər dəfə görəndə ki, i,j bu hərfləri istifadə edirlər mənə maraqlı gəldi.Internetdən oxudum ki, o vaxt Fortran dilində proqram yazanda proqramistlər dövrdə i,j,k kimi dəyişənlərdən istifadə ediblər. Sonradan bu adət halın alıb. i,j,k bunların adı da qalıb dövr dəyişənləri. Sözümüz burda deyil. İndi görək bu while operatoru necə işləyir. Yuxarıdakı kod while üçün bu formada olacaq.

#include <stdio>
main()
{
int i;
printf("1-den 100-e kimi ededler \n");
i=1;
while (i<=1oo)
{
printf ("%d\n",i);
i++;
}
}

Burda fikir verdinizsə, i dəyişənin ilkin qiymətini dövrdən əvvəl mənimsətmək lazımdır. while dövrü necə işləyir. Yoxluyur əgər şərt doğrudursa, onda keçir dövrün içinə , şərt yanlışdırsa, dövrdən sonraya. Gördüyünüz kimi çox sadədir. Qaldı do-while.
do-while dövrü while dövrünün xüsusi halıdır.Bu dövr əsasən o vaxt işlədilir ki, dövrün içindəkiləri yerinə yetirmək ən azı bir dəfə vacib olsun. 1-dən 10-a kimi ədədlərin cəmin do-while ilə yazaq.

#include <stdio.h>
int main()
{
int say, cem;
say=0;
cem=0;
do
{
say=say+1;
cem=cem+say;
printf("say=%d,\t, cem=%d \n",say, cem);
} while (say<10);
return 0;
}

do-while dövrünün gördüyümüz kimi 2 açar sözü var. do və while. do açar sözü bildirir ki, dövr başladı.while açar sözü isə dövrün sonunda olur və dövrün yerinə yetirilmə şərtlərin müəyyən edir.Yuxarıdakı kodda say=10 olana kimi dövr yerinə yetirilir. Yəni say=10 qiymətin alır. Çünki şərt sonda yoxlanılır. Əgər bunu təkcə while dövrü ilə yazsaydıq, onda while (say<10) bu halda say 10 qiymətin almayacaqdı.Bu dərsdə aşağıdakıları öyrəndik.

1. if operatoru
2. for operatoru
3. while operatoru
4. do-while operatoru
5. while və do-while operatorunun fərqi

 
PcmasterTarix: Wednesday, 2010-08-11, 2:24 PM | Mesaj # 3
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline
Riyazi operatorlar, hansı riyazi əməliyyatın aparılacağın bildirir.

C də işlədilən operatorlar.
Hesablama : +, -, *, / (bölmə), % (modulus – qalıq)
21 % 5 = 1 (21-i 5-ə böldükdə qalıq 1 olur); 21 / 5= 4;
C də bundan başqa ++,– operatorları var. Və bu operator tək dəyişənlə işləyir. Yəni :
int num= 9;
num++; /* indi num dəyişənin qiyməti 10 oldu */
++ dəyişənin qiymətini artırmaq üçündür , əks — isə dəyişənin qiymətini azaltmaq üçündür. Yəni:
int num=9;
num–; /*indi num dəyişənin qiyməti 8 oldu */
Burda maraqlı bir hissə var. Məsələn belə bir kod yazsaq ,

#include <stdio.h>
int main()
{
int num=0;
printf (“num= %d /n”, num); /* %d yəni , sonrakı ədədi onluq şəkildə çap et. Burda num=0 ekrana çıxacaq */
printf(“num=%d/n”,num++); /* burda da num=0 ekrana çıxacaq, çünki num++ əvvəl num çap edir, sonra isə bir vahid artırır. */
printf(“num=%d/n”,num); /*burda isə num=1 ekrana çıxacaq */
return 0;
}

Bu num++ post increment (sonda artım- azərbaycanca belə olar yəqin) operatoru deyillər. Birdə ++num var. Buna isə pre increment (əvvəldə artım) operatoru deyillər. Yuxarıdakı kodda
printf(“num=%d/n”,++num); /*belə olsa onda num=1 ekrana çıxacaq */
–operatoru da ++ operatoru kimidir.
= operatoru: = operatoruna mənimsəmə operatoru deyillər. Yəni:
x=x+y; /* x+y qiyməti x-ə mənimsədilir. */
Burda da maraqlı bir şey var. x=x+y əgər sol tərəfdəki dəyişən sağ tərəfdə də istifadə olunursa,onda
x+=y bu şəkildə də yazıla bilər (əsasəndə belə yazırlar).
Müqayisə : (böyükdür) , >= (böyük bərabərdir) , <= (kiçik bərabərdir) , != (bərabər deyil) , == (bərabərdir). Təzə proqramlaşdırmaya başlayanların tez-tez etdiyi səhvlərdən biri, == (bərabər) yerinə = (mənimsəmə) operatoru işlətməsidir. Yəni : əgər biz x=y yazırıqsa, bu o deməkdir ki, x-in yaddaşda olan əvvəlki qiyməti y-in qiyməti ilə əvəz olunur. Amma x==y, o deməkdir ki, x-in qiyməti ilə y-in qiymətinin bərabər olub-olmaması yoxlanılır.
Məntiqi: && (və), || (və ya), ! (inkar)
Məntiqi operatorlara bəzən Boolean (Bul) operatorlar deyirlər. Məntiqi operatorlar nə vaxt işlədilir. Məsələn :
int x=7;
int y=5;
(x==7)&&(y==5) bu halda ifadə doğru qiymət qaytaracaq. && operatoru o vaxt doğru (True) qiymət qaytarır ki, hər bir ifadə doğru qiymət alsın. || operatoru isə ifadələrdən heç olmasa biri doğru qiymət alırsa onda ümumi ifadə doğru qiymət qaytaracaq. Yəni (x==4)|| (y==5) nəticəsi doğrudur (məsələn if operatoru işlədəndə , if bu ifadəni yazsaq if yoxlayacaq görəcək ki, doğrudur, onda keçəcək if bloqunda yazdıqlarımızı icra etməyə) .
! isə unary negation (inkar) operatoru adlanır. Əgər ifadə doğru (True) qiymət alırsa ! istifadə etməklə nəticəni yanlış (False ) olaraq dəyişə bilərik.
Həmçini bitlər üzərində əməliyyat aparmaq üçün operatorlar var.

 
PcmasterTarix: Wednesday, 2010-08-11, 2:25 PM | Mesaj # 4
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline
C ikinci dərs

Proqramı genişlənməsi .c olan fayl şəklində yadda saxladıqdan sonra, indi bunu kompilyasiya etmək və sonrada run etmək lazımdır. Linux istifadə edirsizsə, onda yəqin ki,kompilyator olaraq gcc istifadə edirsiz. gcc ilə c proqramın
gcc proqramın_adı.c
komandası vasitəs ilə edirlər.Bunu yazdıqda obyect kimi a.out çıxacaq.Və biz nəticəyə baxmaq üçün ./a.out yazmalıyıq.Amma
gcc proqramın_adı.c -o nəsə_bir_ad
Belə yazdıqda isə adını özümüz təyin etdiyimiz obyekt fayl yaradılır. Bunu istifadə etmək məsləhətdir.Çünki birinci halda əgər papkada başqa bir .c adlı fayl varsa, onu kompilyasiya edəndə birinci a.out əvəz edilir.
Yəqin millətin çoxu windows istifadə edir. Windows üçün C nin çox kompilyatoru var. Ən yaxşısı Microsoftun öz məhsulu olan Visual Studiodan istifadə etməkdir. Microsoft Visual Studio Express Edition pulsuz bu səhifədən yükləyə bilərsiz. Proqramı kompilyasiya etmək üçün All Proqrams–>Microsoft Visual Studio 2008–>Visual Studio Tools–>Visual Studio 2008 Command Prompt girin. C proqramın kompilyasiya etmək üçün cl əmrindən istifadə edilir.
alt
Burda da proqramı kompilyasiya etmək üçün cl proqramın_adi.c yazmaq lazımdır. Amma burda linuxdan fərqli olaraq eyni adlı .exe və .obj faylları yaranır..obj fayl kompilyator tərəfindən maşın dilinə çevrilən fayldır
alt
Proqramı run etmək üçün isə proqramın_adı.exe yazmaq lazımdır. Indi ki halda hello.exe. Bu dərsdə C proqramın kompilyasiya etməyi və run etməyi öyrəndik.

 
PcmasterTarix: Wednesday, 2010-08-11, 2:25 PM | Mesaj # 5
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline
C++ da göstərici tip

Birinci kursda müəllim göstərici tip (ingiliscə pointer) haqqında danışanda mən heç nə başa düşmürdüm. Deyirdim görəsən bu nədir ee belə. Amma burda elə çətin bir şey yox imiş. Başa düşəndən sonra gördüm. Göstərici tip, adından da göründüyü kimi göstəricidir. Yəni göstərici tipin qiyməti yaddaş ünvanıdır (memory address).Başqa sözlə desək, bu da bir dəyişəndir, bu dəyişənin qiymət adresdir. Bu qədər sadə bir şeymiş.Göstərici tip başqa dəyişənlər kimi əvvəlcədən təyin olunmalıdır. Göstərici tipi C++ da belə təyin edirlər *. Məsələn: int *a; Göstərici tip kimin təyin olunan hər bir dəyişənin əvvəlində * işarəsi olmalıdır. Bu operatora ingiliscə dereferencing operator deyirlər. Bizim dildə bilmirəm bu operatorun adı nə cür olur.
Referencing operator (&) isə dəyişənin yaddaşının ünvanın qaytarır. Bir dənə koda baxaq:

int main()
{
int a , *b;
a=5;
b=&a;//b yə a nın yaddaşdakı ünvanı mənimsədilir.
a=10;
*b=20; //indi a nın qiyməti oldu 20.
}

Göstərici tip üzərind toplama,çıxma kimi əməliyyatlar etmək olar. Həmçinin göstərici tipə 0-i mənimsədə və ya 0 ilə müqayisə apara bilərsən. Göstəric tip əsasən massivlərlə birlikdə çox işlənir. Massivlər haqqında bir şey demədiyimdən. Qalsın massivləri haqqında danışanda qalanın orda yazaram.

 
PcmasterTarix: Wednesday, 2010-08-11, 2:25 PM | Mesaj # 6
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline
Müxtəlif dillərdə “Salam Dünya” proqramı

Bu gün bir neçə dildə sadə “Salam Dunya” proqarmın yazaq. Və görək ki, bu dillər necədə bir birlərinə oxşayır.

1. C dili

1
2
3
4
5
6

#include <stdio.h<
int main ()
{
printf("Salam Dunya! \n");
return 0;
}

2. C++

1
2
3
4
5
6

#include <iostream<
using namespace std;
int main()
{
cout<<"Salam Dunya!" <<endl;
}

3. C#

1
2
3
4
5
6
7
8

using system;
public class SalamDunya
{
public static void main()
{
Console.WriteLine("Salam Dunya! \n");
}
}

4. Java

1
2
3
4
5
6

class salamdunya
{
public static void main() {
System.out.println("Salam Dunya! \n");
}
}

Burdan görüldüyü kimi Java və C# çox oxşayır. Hər iki dildə hər bir şey class içindədir. Yəni sadə proqramda classlardan ibarətdir.
5. Python

1
2

#!usr/bin/python
print "Salam Dünya \n"

6. Ruby

1

puts "Salam Dünya"

7. Perl

1
2

#!usr/bin/perl
print "Salam Dünya \n";

Yuxarıdakı dillərin hamısı case senstividir. Yəni kodu yazanda kodda balaca hərfin yerinə böyük, böyük hərfin yerinə balaca hərf yazmaq olmaz. Məsələn C# da Console.Writeline(”Salam Dunya! \n”); yazsaq kompilyasiya səhvi verəcək. Çünki l böyük olmalıdır, mən balaca yazmışam. Yəni Console.WriteLine(”Salam Dunya! \n”);
8. Pascal

1
2
3
4
5

Program SalamDunay;
begin
Writeln("Salam Dunya");
readln;
end.

Pascalda isə fərqi yoxdur. Böyük hərfin yerinə balaca balacanın yerinə böyük yaza bilərsən.
9. PHP

1

echo "Salam, Dünya!"

10. Bash

1
2

#!/bin/bash
echo "Salam Dunya "

11. DOS

1

echo Salam Dunya

12. Basic

1

PRINT "Salam, Dünya!"

C birinci dərs

C birinci dərs

İlk olaraq. ” Salam, Dünya” proqramını necə yazmağı öyrənək

1
2
3
4
5
6
7
8

#include

void main()
{

printf("Salam, Dünya \n");/* Salam Dünya yazısını ekrana verir */

}

ilk proqramımımız hazırdır. İndi bunu izah edək.

#inlcude buna başlıq (header) deyillər.C proqramında olması vacib hissələrdən biridir.
#include şəklindədirsə, sistemdə olan başlıq fayllarından istifadə edəcək.
#include şəklində olduqda isə, proqramı yazdığınız qovluqdakı (yəni proqramistin öz yazdığı ) başlıqdan istifadə olunacaq.

void main ()
{
}

Bu proqramın ana hissəsidir. Başqa sözlə əsas funksiyadır. void yəni heç bir dəyər qaytarmır.

printf(”Salam,Dünay \n”); printf(); Yazını ekrana verkmək üçün istifadə olunur. \n isə yeni sətirə keçir.
Hər bir C proqramında 2 əsas,lakin sadə məsələyə diqqət yetirmək lazımdır. Birincisi, ; işarəsidir ki, mütləq qoyulmalıdır.
İkincisi isə hərflərin balaca və böyüklüyü. Yəni C case sensitive bir dildir. Məsələn, əgər Printf(); yazsaz,onda kompilyasıya zamanı
proqramın işləmədiyin və error (səhv) mesajı görəcəksiniz.

C dilində Şərh yazmaq üçün
/*
Şərh
*/
istifadə olunur.
Şərhlər hər bir proqram kodunu oxunaqlı edir. Və siz sonradan bu koda baxdıqa asanlıqla hansı əmrin nə etdiyini bilirsiniz.

İlk proqramı təhlil etdikdən sonra, hər bir C proqramının hansı qurulşda olduğunu yəqin bildiniz.
C proqramının quruluşu

başlıq faylları /*İstifadə olunan operatorlorla əlaqədar*/
main()
{
sabitlər; sabitlərin elan edilməsi
dəyişənlər; dəyişənlərin elan edilməsi
operatorlar;
}
Proqramı yazdıqdan sonra genişlənməsi .c olan fayl şəklində yadda saxlayın.

 
PcmasterTarix: Wednesday, 2010-08-11, 2:26 PM | Mesaj # 7
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline
c dilinin tarixi

Unix əməliyyat sistemi ilə C proqramlaşdırma dili birbirləri ilə əlaqləlidir. Hər ikisinin tarixi 70-ci illərdən başlayır. AT&T Bell Laboratoriyasında işləyən Ken Thompson oyun proqramı yazmaq istəyir. O,bu proqramı PDP-7 maşınında yazmaq istəyirdi. Lakin onun əməliyyatlar sistemi xoşuna gəlmədi. O, MULtics sisteminin sadələşdirilmiş və dəyişdirilmiş versiyasını yazmağa qərar verdi. Daha sonra isə Dennis Ritchie və Brain Kernighan da ona qoşuldu.Unix və C-nin tarixində bu 3 nəfər böyük rol oynadı.Əvvəlcə Thompson,BCPL dilindən istifadə edərəl B dilini yaratdı.Bundan sonra isə Ritchie Unixi daha asan halda yazmaq üçün C dilini yaratdı.1973-cü ildə C-dən istifadə edərək Unixi yenidən yazdılar. Və bu işlərinə görə 1983-cü ildə ACM-in Turing mükafatını aldılar. O vaxtdan C dili çox dəyişməyib.1988-ci ildə isə ANSİ C dilinin standartlarını müəyyən etdi.

Ümumi proqramlaşdırma dilləri haqqında

Program: Hər hansı məsələni həll etmək üçün komputer dilində yazılmış kodlardər. Yəni biz məsələni həll etmək üçün komputerdə proqram yazırıq.
Proqramlaşdırma dili:Proqramı yazmaq üçün isə bizə proqramlaşdərma dili lazımdır. Hal-hazırda çoxlu proqramlaşdırma dilləri var. Məsələn: C,C++,Java,Smaltalk,Pascal,Visual Basic,Visual FoxPro və s. Proqramlaşdırma dillərin müxtəlif səviyyələri var. Əsasən 5 qrupa ayırırlar:

1. Çox yüksək səviyyəli dillər və ya vizual dillər :Access,FoxPro,Paradox,XBase,Visual Basic.
2. Yüksək səviyyəli dillər (Bunlara bəzən alqoritmik dillərdə deyilir):Pascal,Basic,Fortran.
3. Orta səviyyəli proqramlaşdırma dilləri:C,C++
4. Aşağı səviyyəli proqramlaşdırma dilləri:Assembly language
5. Maşın dili:Ən aşağı səviyyəli dil olub 0 və 1 lərdən ibarətdir

Bundan başqa proqramlaşdırma dillərini ayrı 2 qrupa bölmək olar: Prosedur proqramlaşdırma dilləri (Pascal,Basic), Obyekt yönümlü proqramlaşdırma dilləri (C++,C#,Java,Smaltalk ).
Hər hansı proqramlaşdırma dilini istifadə etmək üçün isə bizə ilk növbədə kompilyator lazımdır. Kompilyator olduqdan sonra biz öz proqramımızı mətn redaktorunda(Məsələn: Notepad) yaza bilərik. Lakin çox biz İDE yəni proqramlaşdırmanın inteqrallaşmış mühitindən istifadə edirik. Sadə dillə desək,bizə bir mühit verilir,orda komponentlər olur və bunlardan istifadə edərək biz öz proqramımızı yazırıq.Və ən əsası proqramlaşdırmanı öyrənməyin yolu proqram yazmaqdır (təkcə oxumaqla proqramist olmaq olmaz). İngiliscə daha yaxşı çıxır. Learning programming is programming.

 
PcmasterTarix: Wednesday, 2010-08-11, 2:27 PM | Mesaj # 8
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline
[color=red][b]Hansı proqramlaşdırma dilini öyrənməliyəm?

Proqramlaşdırmaya yeni başlayanda elə bilirdim ki, təkcə Basic və Pascal proqramlaşdırma dilləri var. Başqa dil yoxdur. Basiclə məktəbdə oxuyanda tanış olmuşdum. O vaxt düzü nəsə xoşum gəlməmişdi. Birinci kursda oxuyanda isə Pascal öyrənməyə başladım. Sonra eşitdim ki, pascal dili üzərində Delphi adlı mühit qurulub. Delphini öyrənməyə başladım. Hər gün keçdikcə bir yeni proqramlaşdırma dilinin adını eşidirdim. Bu məni yorurdu. Axı mən hansı dili bilməliyəm? Belə suallarla çox adam müraciət edirdim.
Mənə verilən cavablar müxtəlif olurdu. Riyaziyyatçılar deyirdi ki, proqramlaşdırma dilini bilmək boş şeydir. Əsas riyaziyyatdır.
Bəziləri deyirdi ki, əsas alqoritmin tapmaq lazımdır dili hamı öyrənə bilər.
Bəziləri deyirdi “flan” dili öyrən daha çox pul verirlər. O biri deyirdi sən nə danışırsan ” flan” dili həmişə yaşayacaq.
Beləliklə hərə bir cavab verirdi. Indi isə özüm istiyirəm bir cavab yazım. Deməli hansı dili öyrənmək lazımdır?
Wikipediaya baxsaz List of programming görərsiz ki, proqramlaşdırma dillərinin sayı həddindən artıq çoxdur. Kimsə müəyyən dili bəyənmiyib, özünə rahat bir dil yaradıb.

Əslində hansı dili öyrənmək sualından çox, hansı məqsəd üçün öyrənmək sualı haqqında fikirləşmək lazımdır.
Proqramlaşdırmanı şərti olaraq iki yerə bölək.

* Desktop proqramlaşdırma
* Web proqramlaşdırma

Desktop proqramlaşdırma deyəndə sistem üçün yazılan proqramlar, drayverlər, müxtəlif biznes proqramlar, riyazi proqramlar və s bura daxil ola bilər. Amma mən əməliyyat sistemlərinə görə desktop proqramlaşdırmanı da üç yerə ayırmaq istərdim.

* Linuxda proqramlaşdırma
* Windowsda proqramlaşdırma
* Appleda proqramlaşdırma

Qeyd: Indi dillərin çoxu cross platformdur, yəni bütün əməliyyatlar sistemlərində işləyirlər.
Əgər linux mühitində işləyirsizsə və əgər linuxun nüvəsi (kernel) ilə məşğul olmaq istəyirsizsə, onda mütləq C dilin bilməlisiz. Linuxun nüvəsində həmçinin biraz assemblerdən istifadə olunub, assembleri də bilsəz onda lap əla olar. Əgər nüvə ilə işiniz yoxdursa, təkcə linuxda balaca scriptlər yazmaq istəyirsinizsə, onda bash script dili sizin işinizə yarıyacaq. Amma indi artıq scriptləri pythonda yazmağa üstünlük verirlər. Odur ki, python burda sizin əla köməkçiniz olacaq.
Əgər linuxda proqram yazmaq istəyirsinizsə, onda C++, Java, Python, Ruby + Qt bunlardan birin və ya bir neçəsin bilmək lazım olacaq.
Windowsa gəldikdə isə əgər windows applicationlar yazmaq istəyirsinizsə, onda Visual Studio sizə kifayət edəcək. Visual Studioda müxtəlif dillərdən istifadə etməyə imkan var, amma C# dili ən məsləhətlisidir.Yox, əgər visual studio və C# dan xoşunuz gəlmirsə, onda Java windows applicationlar yazmaq üçün əla seçimdir.
Apple isə əsasən Cocoa frameworkundən istifadə olunur və dil kimi Objective-C istifadə olunur.
Web proqramlaşdırmaya gəldikdə isə, Adil öz bloqunda bu haqda PHP-dən əvvəl… biraz məlumat verib.Bundan başqa siz asp.neti bilməklə də əla veb səhifələr yarada bilərsiz. Amma əgər evdə oturub, veb səhifə yığırsızsa, onda php ən məsləhətlisidir. Perl də bu yaxınlara kimi çox istifadə olunurdu, amma deyəsən yavaş-yavaş istifadəsi azalır və php onun yerini tutur. Bəzən isə sizə veb səhifənizə java appletlər qoymaq üçün Java da lazım ola bilər. javascripti isə veb proqramistin sağ əlidir.
Yekun olaraq hansı dili bilmək lazımdır sualına birdə baxaq.

1. C. Bir çox dillər (Java, C++, C# və s) öz sintaksisin bu dil əsasında qurublar. Bu dili bilməklə digər dillərə keçmək asan olacaq.
2. PHP dili web səhifələr yaratmaqda sizə yaxından köməklik edəcək.
3. C# dili windows applicationlar yazmaq üçün əla seçimdir.
4. Java dili hesab edirəm sizə çox lazım ola bilər. Bütün platformaları dəstəkləyir. C#-a çox oxşuyur.
5. javascript adından da göründüyü kimi script dilidir. PHP server hissədə işlədiyi halda, javascript client hissədə işləyir. Vebdə sizə çox lazım olacaq.
6. Python dilinə tələbat hər gün keçdikcə biraz artır. Google bu dildən çox istifadə edir. Məsləhətlidir
7. C++ əgər sistemlə oynamaq istəyirsinizsə, onda C++ bilmək yaxşı olardı. Yuxarıdakı dillərin hamısından çətindir.
8. Ruby Yuxarıdakı dillərin hamısından az işlənsədə, hər gün keçdikcə Ruby məşhurlaşır. Vaxt olduqca, qurdalamaq olar.

Deyəcəkisiniz ki, pascal qaldı axı? Pascal dili təzə başlıyanlar üçün yaxşıdır, amma sonra heç kimə lazım olmur. Pascal dili olimpiyada da lazım ola bilər. Bir də asan olduğu üçün onu universitetlərdə keçirlər. Mən isə pascala vaxt itirməyi məsləhət görməzdim.
Bir şey də qeyd edim. Dil bilmək hələ başlanğıcdır. Riyazi dillə desək proqramist olmaq üçün proqramlaşdırma dilini bilmək zəruridir, amma kafi deyil.

 
Faydalı Məlumatlar bazası » C+ » C-də şərt operatoru və dövrlər » C-də şərt operatoru və dövrlər
  • Page 1 of 1
  • 1
Search:

Thursday, 2024-03-28, 11:22 PM
Welcome Guest
Axtarış
Sayt dostları
  • Create a free website