Caht
Bizim sorğumuz
Rate my site
Cavabların ümumi miqdarı: 10
Statistika
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Faydalı Məlumatlar bazası » C+ » C / C++ » C / C++
C / C++
PcmasterTarix: Wednesday, 2010-08-11, 2:21 PM | Mesaj # 1
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline
Dərsə keçməzdən əvvəl bir fikri nəzərinizə çatdırım.C++ ilə məşğul olmaq istəyənlərə məsləhətim budur ki, Borland C++ Builder 6.0 proqramından istifadə etsinlər.C++ 6.0 var, birdə C++ 2006.C++ 6.0 almağınızı məsləhət görürəm,C++ 2006 versiyasını mən aldım amma istifadə etmirəm sizə də məsləhət görmürəm.İndi isə keçək dərsə.
Hər bir dildə olduğu kimi,C++- un öz qramatik qaydaları vardır ki,əgər proqram yazılışı zamanı bu qaydalara əməl edilməzsə kompilyator səhvləri aşkar edərək işi dayandıracaq.C++ -un əlifbasına aşağıdakılar daxildir:

1. Açar sözlərin yazılışı üçün latın əlifbasının kiçik simvollarından digər sözlərin yazılışında böyük simvollarından da istifadə edilə bilər.(A-Z,a-z)
2. Ədədlərin təsviri üçün 0,1,....,9 rəqəmlərindən istifadə edilə bilər.
3. Xüsusi işarələrdən : " { } | [ ] ( ) + - / % ; ‘ . ? < = > _ ! # & * ~ ^ , istifadə edilə bilər.
4. Görünməyən simvollar aralıq (boşluq), TAB, ↩

Proqramda izahatlar vermək üçün şərhlərdən istifadə edilir. Şərhlər // simvollarından sonra gələn simvollar ardıcıllığıdır.
Məsələn:
// AzGrafın C++ bölməsi
C++ dilində altı sinif leksem var: sərbəst seçilərək istifadə edilən idenfikatorlar,xidmət edici açar sözlər,sabitlər,işarə sətri,əməliyyat işarələri və ayırıcılar.İndi isə dilin leksim elementlərinə ətraflı baxaq.
İdenfikatorlar.
" – " və ya latın hərfi ilə başlayan 31-ə qədər latın hərfləri və ya rəqəmlər ardıcıllığına idenfikator deyilir.Məsələn:
A_1, BİT, _Bit, _bit
Böyük və kiçik simvolların bir-birindən fərqləndiyinə görə axırıncı 3 idenfikator müxtəlif obyektlərin adlarıdır.Müxtəlif sözləri bir idenfikatorda birləşdirmək üçün boşluq simvolu yerinə _(alt xətt) simvolundan istifadə edilə bilər.Məsələn:maksimum _element.
Açar sözləri.
C++ dili tərəfindən ehtiyata alınmış və proqramçı tərəfindən sərbəst ad kimi seçilməyən sözlərə açar sözlər deyilir.Açar sözlər verilənlərin tipini,yaddaş sinfini,modifikatorları,psevdo dəyişənləri və operatorları təyin edir və onlar aşağıdakılardır.
Char-işarə
Double-sürüşkən nöqtəli həqiqət ikiqat uzunluqlu
Enum-sadalanan ,tam sabitlərin sadalanması
Float-həqiqi sürüşkən nöqtəli
Int-tam
Long-uzun tam
Short- qısa tam
Struct-struktura
Signed-işarəli tam
Union- birləşmə
Unsigned-işarəsiz tam
Void-qiymətin qaytarılmaması
Typedef-tipə uyğun sinonimin təyini
Kvalifikatorlar kompilyatora proqram kodunun optimallanması zamanı obyektlərin xüsusi emala malik olması informasiyasını verir və onlar aşağıdakılardır:
Const-sabit
Volatilə-proqramçının göstərişi olmadan da obyekt qiymət dəyişə bilər(əməliyyat sistemi tərəfindən)
Yaddaş siniflərinin təyini üçün:
Auto-avtomatik
Extern-xarici
Register-registrli
Static-statik
Açar sözlərindən istifadə edilir
Operatorların təşkili üçün
Break-dövrədən çıxış
Continue-davam etməli
Do-dövrü yerinə yetirir
For-üçün
Goto-şərtsiz keçid
If-əgər şərtli keçid
Return-funksiyadan qayıdış
Switch-çevirici
While-nə qədər ki(dövr)
Xidmətçi açar sözlərə aşağıdakılar aiddir:
Default-switch operatorunda variant olmadıqda istifadə edilir
Case-switch operatorunda variantı təyin edir
Else-əks halda(if-də)
Sizeof-operatorun uzunluğunu təyin edir.
Modifikatorlar :
Asm,cdecl,_cs,_ds,_es,_export,_loadds,_regparam,_ss,_saveregs,_seg,far,fortran,huge,interrupt,near,pascal.
Qalanları ilə növbəti dərsdə tanış olarıq…

 
Faydalı Məlumatlar bazası » C+ » C / C++ » C / C++
  • Page 1 of 1
  • 1
Search:

Tuesday, 2018-11-13, 7:22 AM
Welcome Guest
Axtarış
Sayt dostları
  • Create a free website