Salam, forum iştirakçıları. Bu mövzunu açmaqda məqsədim hər hansı bir ADSL provayderini reklam etmək deyil, həm özüm üçün, həm də bu xidmətdən istifadə etmək istəyənlər üçün faydalı ola biləcək məlimatları bölüşməkdir. Bilmək istədiyim odur ki, hal-hazırda paytaxtımızda hansı provayder
yüksək keyfiyyətli internet xidməti təqdim edir? Mən əvvəl uninet "stream"-dan istifadə edirdim. Bu yaxınlarda ərizə yazıb imtina etdim. Müqavilədə göstərilmiiş sürətin tam verilməməsi, tez-tez "disconnect" olması, bir çox hallarda servislə əlaqə qurmağın mümkünsüz olması və ən asası isə müştəriləri aldatmaları mənim bu provayderin xidmətindən imtina etməyimə səbəb oldu.
Hansı provayderin internet xidmətindən istifadə etməyi məsləhət görərdiniz?