Caht
Bizim sorğumuz
Rate my site
Cavabların ümumi miqdarı: 10
Statistika
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Faydalı Məlumatlar bazası » Network » Wi-Fi ilə komputerden dial-up modemli interneti paylamaq və iphone-dan Wi-Fi ilə » Wi-Fi ilə komputerden dial-up modemli interneti paylamaq və
Wi-Fi ilə komputerden dial-up modemli interneti paylamaq və
PcmasterTarix: Friday, 2010-08-13, 9:59 AM | Mesaj # 1
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline
Bildiyimiz kimi iPhone və eləcə də iPod Touch-lar Wi-Fi dəstəkləyir! Və əlbəttə ki Artıq şəbəkə qoşulmaları sahəsində naqilli qoşulmalar öz yerini naqilsiz qoşulmalara verir! Həmin bu naqilsiz qoşulmalara Wi-Fi , Bluetooth da daxildir!

Mən bu dəfə iphone və ipod istifadəçiləri üçün xüsusilə lazımlı ola biləcək bir şeyden - Wi-Fi-dan ətraflı məlumat verəcəm! Əvvəla onu deyim ki Wi-Fi ilə biz həm şəbəkəyə qoşularaq internetə giriş əldə edə bilərik, həm də fayl transferini həyata keçirə bilərik!

Wi-Fi ilə internetə qoşulmanı yəqin çoxları eşidib! Şəhərimizdə əksər klublarda, kafelərdə artıq Wi-Fi bağlantısı da var ki bu da həmin ərazidə olan insanların vahid şəbəkədən istifadə edərək mobil telefon və ya laptop-lardan asan internetə girməsinə şərait yaradır!

Və iPhone istifadəçilərinin yəqin hamısı əla bilir ki iPhone KONTURa qənaət ETMƏYƏN bir telefondur! Təbii bu sözüm məcazi anlamdadır! Sadəcə iPhone-da HAVA DURUMU, EMAİL, MAPS, APPSTORE, YOUTUBE, SAFARİ-dən daimi və çox istifadə edənlərin telefonunda yeqin ki kntr qalmazJ

Və bu halda qenaət etmək və daha stabil internetə çıxış əldə etmək üçün bizə lazım olan yeganə şey Wi-Fi-dır!

Əlbəttə bu çoxlarının ağlına gəlib bəlkədə, amma çoxları Wi-Fi-ın ADSL modemlə qoşulmuş internet olduqda mümkün olduğunu güman edib Wi-Fi almaqdan, işlətməkdən imtina ediblər! Hətta mən özüm də uzun müddətdir Wi-Fi almışdım amma dial-up modemlə qoşulmuş internetimi paylaya bilmirdim ki iphone-dan da girə bilim! AMMA SONUNDA BACARDIM!!!

Əminəm ki Wi-Fi sizə aşağıdakı hallarda daha çox kömək olacaq:

1) Komputerinizdə başqasını oturarkən artıq siz onun nə zaman duracağını gözləmək məcburiyyətindəsinizsə

2) Tv-yə baxmalı olduğunuz halda internet də sizə lazımdı, amma komputeriniz TV olan otaqda deyilsə

3) Wi-Fi-ın əhatə dairəsi nəzərə alınmaqla həyətdə və ya bağda tanışlarının yanında olmalı və eyni zamanda internetə girməlisənsə

Wi-Fi sizə çox kömək olacaq!

Nəysə, indi keçirəm Wi-Fi cihazını necə qoşub necə istifadə edəcəyimizə!

Hər şeydən öncə kimdə Wi-Fi cihazı yoxdusa və Wi-Fi-dan istifadə etmək istəyirsə Wi-Fi almalıdır! İndi çox ucuzdu! Mən hələ keçən il 30 AZNə almışdım! Və əlbəttə ki Wi-Fi cihazları müxtəlifdi və eyni zamanda ərazi əhatə etməsinə görə qiymət bahalaşır! Mən USB portla qoşulan və 80 metr ərazidən işləyə bilən Wi-Fi aldım!

 
PcmasterTarix: Friday, 2010-08-13, 10:01 AM | Mesaj # 2
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline

TƏQDİM ETDİYİM ŞƏKİLLƏR MƏNƏ AİDDİR! HEÇ BİR DİGƏR SAYTDAN ALINTI DEYİLDİR! Və bütün bu təqdim etdiklərim WINDOWS VISTA sistemdə olan qaydadir! Mənim komputerimdə WINDOWS VISTA oldugu üçün sizə WINDOWS VISTAda təqdim etdim! XP isletim sistemində olanlar narahat olmasın, Onlarda da eyni qaydadi bəzi xirda forma və yazı dəyişiklikləri ola bilər! Problemlə qarşılanlar yazsınlar Bacardığım köməkliyi edərəm

Wi-Fi ilə Dial-up modemlə qoşulduğumuz interneti paylaşmaq üçün ilk öncə Wi-Fi-yi komputerinizə qoşun və driver-I yükləyin!

Mən sizə nümunə olaraq öz Wi-Fi cihazımı göstərirəm, USB PORTa qoşmaqla işləyir!

 
PcmasterTarix: Friday, 2010-08-13, 10:01 AM | Mesaj # 3
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline
 
PcmasterTarix: Friday, 2010-08-13, 10:02 AM | Mesaj # 4
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline

Və yuxaridakı şəkildə qırmızı işarə ilə qeyd etdiyim sahələri (REMEMBER THIS PASSWORD və ALLOW OTHER USERS TO USE THIS CONNECTION olan yerləri) mütləq işarələyin, ƏKS halda Wi-Fi ilə interneti paylaşa bilməyəksiniz!!!

Və belədə DİAL-UP modemi Wi-Fi qoşaraq interneti paylaşacaq vəziyyətdə qurmuş olduq! İndi sıra gəldi Wi-Fi şəbəkəsi qurmağa! Bunu da eyni qayda ilə aşağıdakı şəkillərdə göstərdiyim şəkildə qurun!

 
PcmasterTarix: Friday, 2010-08-13, 10:06 AM | Mesaj # 5
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline

SAVE THIS NETWORK seçimini mütləq işarələyin, əks halda bir dəfə istifadədən sonra qurduğunuz Wi-Fi şəbəkəniz silinəcək və hər dəfə yenisini qurmaq məcburiyyətində qalacaqsınız!

Bu iki ardıcıllığı göstərdiyim kimi qurduqdan sonra DİAL-UP bağlantınızın olduğu yerə gedin komputerinizdə! Bunu bilməyənlər aşağıdakı şəkillərdəki ardıcıllığı izləsin! Və həmin DİAL-UP bağlantının üzərinə mouse-un sağ düyməsilə klikləyin və mülkiyyətlər (properties) panelinə girin! Və SHARİNG bölməsinə gəlin, orada işarədiyim yeri siz də işarələyin! Və şəkildə altından xətt çəkdiyim yerdə də sizdə ilk dəfə seçim olacaq və ora da WIRELESS NETWORK CONNECTION seçin! Bunlar interneti Wi-Fi üzərində paylaşmaq üçün Mütləqdir!

Bu dediklərimi etdikdən sonra HƏR ŞEY hazırdır demək ki!

Və komputerinizdən dial-up bağlantınız vasitəsilə həmişə qoşulduğunuz qaydada internetə qoşulun! Internetə girdikdən sonra Wi-Fi-yı da qoşun! Necə qoşacağınızı bilmirsinizsə ŞƏBƏKƏ BAĞLANTILARInız olan yerə gedin, və orada WIRELESS NETWORK CONNECTION olacaq, onun üzərinə klikləyin! Və beləcə hər dəfə Wi-Fi-dən istifadə edərkən bu qaydada qoşulacaqsınız!

Və bu yuxarıda son qeyd etdiyim 2 addımla siz komputerinizdən internetə qoşulmuş və interneti Wi-Fi üzərindən paylaşılmağa hazır etmiş vəziyyətdəsiniz! Sizə bircə qalır son addım – iphone-nuzda Wi-Fi-yi açmaq və komputerinizdə paylaşdığınız Wi-Fi ŞƏBƏKƏyə qoşulmaq! Bunun üçün də aşağıdakı şəkillərdəki ardıcıllığı izləyin!


iPhone və ya iPodlarınızdan əsas menyudan SETTİNGə giriniphone1iphone2

iphone3 iphone4

Və son olaraq telefonunuzda Wi-Fi-ya qoşularkən DNS və ROUTERin qarşısında İP nömrələri olduğundan əmin olun! Əgər bu ikisi olmazsa deməli siz internetdə istifadə edə bilməyəcəksiniz amma fayl transferi edə bilərsiniz sadəcə!

Bu halda təkrar olaraq Wi-Fi-yı bağlayın və yenidən açın, bir neçə cəhddə baş tutacaq! Bu problem sadəcə ilk dəfə qoşularkən yaşana bilir! Daha sonra avtomatik olaraq qoşulacaqsınız! Qoşulduqdan sonra HOME BUTTON ilə əsas menyuya qayıdın. Və artıq siz Wi-Fi şəbəkənizə qoşulmusunuz və internetin keyfini çıxara bilərsiniz!

iphonesafariblog

Istər SAFARİ ilə istədiyiniz saytlara girin (İlk olaraq blogumuza baş çəkib şərh bildirməyi UNUTMAYİN! :)), istərsə də YOUTUBE, MAPS, MAİL xidmətlərindən istifadə edə bilərsiniz!

VƏƏƏƏƏ beləcə iphone-nuzdan Wi-Fi sayəsində internetə girin, istediyiniz saytlara baxın, emaillərinizə baxin, youtube-a girin və ƏN ƏSASİ DA KONTURUNUZ GETMƏYƏCƏK bu hallarda! Çünki komputerinizin internetindən istifadə edirsinizJ

QEYD: AZERCELL və NARMOBİLE istifadəçiləri Wi-Fi-dan istifadə edərək internetə qoşularkən yaxşı olar ki OFFLİNE modda Wi-Fi ilə qoşulsunlar! Çünki BAKCELLdən fərqli olaraq bu iki operatorun nomrəsini telefonda olarkən Wi-Fi ilə internet sürəti zəifləyəndə bəzən KONTURDAN İSTİFADE EDİR! Ona gorə də OFFLİNE etməyinizdə fayda var

Hər hansı bir problem yaşayanlar yazsınlar kömək edəcəm!

 
PcmasterTarix: Friday, 2010-08-13, 10:07 AM | Mesaj # 6
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline

Və son olaraq telefonunuzda Wi-Fi-ya qoşularkən DNS və ROUTERin qarşısında İP nömrələri olduğundan əmin olun! Əgər bu ikisi olmazsa deməli siz internetdə istifadə edə bilməyəcəksiniz amma fayl transferi edə bilərsiniz sadəcə!

Bu halda təkrar olaraq Wi-Fi-yı bağlayın və yenidən açın, bir neçə cəhddə baş tutacaq! Bu problem sadəcə ilk dəfə qoşularkən yaşana bilir! Daha sonra avtomatik olaraq qoşulacaqsınız! Qoşulduqdan sonra HOME BUTTON ilə əsas menyuya qayıdın. Və artıq siz Wi-Fi şəbəkənizə qoşulmusunuz və internetin keyfini çıxara bilərsiniz!

 
PcmasterTarix: Friday, 2010-08-13, 10:08 AM | Mesaj # 7
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline

Istər SAFARİ ilə istədiyiniz saytlara girin (İlk olaraq blogumuza baş çəkib şərh bildirməyi UNUTMAYİN! :)), istərsə də YOUTUBE, MAPS, MAİL xidmətlərindən istifadə edə bilərsiniz!

VƏƏƏƏƏ beləcə iphone-nuzdan Wi-Fi sayəsində internetə girin, istediyiniz saytlara baxın, emaillərinizə baxin, youtube-a girin və ƏN ƏSASİ DA KONTURUNUZ GETMƏYƏCƏK bu hallarda! Çünki komputerinizin internetindən istifadə edirsinizJ

QEYD: AZERCELL və NARMOBİLE istifadəçiləri Wi-Fi-dan istifadə edərək internetə qoşularkən yaxşı olar ki OFFLİNE modda Wi-Fi ilə qoşulsunlar! Çünki BAKCELLdən fərqli olaraq bu iki operatorun nomrəsini telefonda olarkən Wi-Fi ilə internet sürəti zəifləyəndə bəzən KONTURDAN İSTİFADE EDİR! Ona gorə də OFFLİNE etməyinizdə fayda var

 
Faydalı Məlumatlar bazası » Network » Wi-Fi ilə komputerden dial-up modemli interneti paylamaq və iphone-dan Wi-Fi ilə » Wi-Fi ilə komputerden dial-up modemli interneti paylamaq və
  • Page 1 of 1
  • 1
Search:

Wednesday, 2018-09-19, 7:24 PM
Welcome Guest
Axtarış
Sayt dostları
  • Create a free website