Caht
Bizim sorğumuz
Rate my site
Cavabların ümumi miqdarı: 10
Statistika
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Faydalı Məlumatlar bazası » Network » Şəbəkə qurmaq üçün hazırlıq » Şəbəkə qurmaq üçün hazırlıq
Şəbəkə qurmaq üçün hazırlıq
PcmasterTarix: Thursday, 2010-08-12, 9:45 AM | Mesaj # 1
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline
10.2 Şəbəkə qurmaq üçün hazırlıq

Mən şəbəkə qurmağı ilk öyrəndiyim vaxtlarda nə başıma gələcəyini, yəni şəbəkə quran zaman hansı problemlərlə üzləşəcəyimi bilmədiyim üçün mağazaya hər gün getmək məcburiyyətində qalırdım. Belə problemlərin olmamağı üçün şəbəkələri qurmağı izah edərkən bəzi məqamlara da toxunmağı lazımi bilirəm. Onu da deyim ki, mən əsasən VİSTA əməliyyat sistemində şəbəkə quraşdırmağı izah etməyimə baxmayaraq həmin quraşdırma yolları XP ilə tamamı ilə eyni olmasa da, eyni olan, üst-üstə düşən cəhətləri çoxdur.

 
PcmasterTarix: Thursday, 2010-08-12, 9:46 AM | Mesaj # 2
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline

10.2.1 Şəbəkə kartının yerləşdirilməsi və proqram təminatı.
İlk növbədə bizə kompüter lazımdı. Kompüterin arxasına bax gör telefon girişinə bənzəyən RJ45 jak üçün giriş var, yoxsa yox.

 
PcmasterTarix: Thursday, 2010-08-12, 9:48 AM | Mesaj # 3
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline

Əgər yoxdursa onda get 10/100 Fast Ethernet kartı al. : ) Bunu etməzdən əvvəl əmin ol ki, sənin kompüterində şəbəkə kartını qoşmaq üçün yer mövcuddur. Həmin yerlər yuxarıda göstərilən şəbəkə kartının ağzına, taxılma yerinə uyğun yuvanın, başqa sözlə giriş yerinin mövcud olub olmamağını müəyyən edin. Bunun üçün kompüter qutusunun qapağını açın və çalışın əlinizi içinə salmadan(çünki cərəyan var, vura bilər) baxıb görəsiniz kompüterdə elə yer var, yoxsa yox. Aşağıdakı şəkildə o yer dairəyə alınıbdır.

 
PcmasterTarix: Thursday, 2010-08-12, 9:50 AM | Mesaj # 4
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline

Əgər elə yer varsa get şəbəkə kartını al. Aldın gəldinsə onda çalış ardıcıllıqla hərəkət edəsən. Özünə ziyan vurmadan kompüteri cərəyandan(tokdan) çıxart yoxsa səni yaxşı silkələyə bilər və sonra qutunun (prosessorun) qapağını aç və dairəyə aldığım yerdə kartı salmaq üçün giriş yerləri var. Çalış ortada olan yeri seç və şurupu aç, kartın sxemini əzmədən onu üst hissədən, yuxarıdan aşağıya doğru sıx və sol tərəfdəki şurup yerinə oturanda onu bağla. Oradan çıxartdığın dəmiri atmamağın məsləhətdir, sonra lazım olur. Kabelləri yerinə tax və kompüteri yandır.

Kompüterdə saat görünən yerdən əsasən yeni bir cihaz qoşulan zaman belə bir mesaj çıxır ki, yeni qurğu quraşdırılıb və kompüter onun nə olduğunu aydınlaşdırmağa çalışır. Bu zaman siz şəbəkə kartının diskini çıxardıb onun Driver-ini yükləyirsiniz. Əgər yüklənib yüklənmədiyindən əmin olmaq istəyirsinizsə o zaman

 
PcmasterTarix: Thursday, 2010-08-12, 9:52 AM | Mesaj # 5
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline

10.2.3 İki kompüteri şəbəkə kartları vasitəsi ilə birbaşa qoşma

Bu başlıqda iki kompüteri bir-birinə birləşdirərək şəbəkə yaradacağıq. İki kompüterdən başlamağımın səbəbi həm ən kiçik şəbəkə olmasıdır, həm də evdə əsasən iki kompüter olmasıdır. İlk olaraq bizə nə lazım olacaq ona baxaq.

I. 2 metr UTP CAT5e kabel əgər kompüterlər yan-yana qoyulubsa

II. 2 dənə RJ-45 jak (2 dənə bəs edir amma 4 dənə alsanız, jakı səhv birləşdirsəniz və xarab etsəniz əsəbiləşmədən, mağazaya getmədən özünüzə bir daha şans verə bilərsiniz. Jak-ın 2008-01-20 tarixindəki qiyməti 40 qəpikdir. Məncə 10 dənə də almaq olar, çox da baha deyil.)

 
PcmasterTarix: Thursday, 2010-08-12, 9:54 AM | Mesaj # 6
Lieutenant colonel
Qurup: Administrators
Mesaj: 147
Etibar: 0
Vəziyyət: Offline


İndi isə keçək quraşdırmağa. Kabeli çarpaz formada düzəldirsiniz. Əgər necə? sualını versəniz. UTP kabel düzəltmə başlığını oxuyun və orada çarpaz kabelin necə düzəldilməsi haqda hər şey yazılıb, ya da ən asan yolu kabeli aldığınız mağazadan hazır çarpaz kabel ala bilərsiniz. Kabel hazır olduqdan sonra onu hər iki şəbəkə kartına salın. Sonra kompüteri yandırın.

 
Faydalı Məlumatlar bazası » Network » Şəbəkə qurmaq üçün hazırlıq » Şəbəkə qurmaq üçün hazırlıq
  • Page 1 of 1
  • 1
Search:

Wednesday, 2018-09-19, 7:22 PM
Welcome Guest
Axtarış
Sayt dostları
  • Create a free website